Biznes Təsnifatı
Halal Ekosistem platformasında olan bizneslər üç əsas kateqoriyaya bölünür. Bu təsnifat, bizneslərin halallıq prinsiplərinə uyğunluq dərəcəsinə, nəzarət mexanizmlərinə və platforma ilə əlaqələrinin sıxlığına əsaslanır.
Halal Ekosistemin Biznes Təsnifatı
Üzvlərimiz
Üzvlərimiz halallıq prinsiplərinə ciddi riayət edən və bu istiqamətdə davamlı inkişaf edən bizneslərdir. Onların əsas xüsusiyyətləri aşağıdakılardır:
Nəzarət və Audit: Bu bizneslər müntəzəm olaraq nəzarət və audit prosesindən keçir. Bu proses biznesin halallıq standartlarına davamlı uyğunluğunu təsdiq edir.
Kəfil Sistem: Platforma bu bizneslərin halallıq prinsiplərinə uyğun fəaliyyət göstərdiyini təsdiqləyir və istehlakçılar qarşısında onlara kəfil olur.
Şəffaflıq: Üzvlərimiz haqqında verilən bütün informasiyalar tam şəkildə dəqiq, yeni və şəffafdır. Bu bizneslər Halal Ekosistemin istədiyi bütün məlumatları təmin edir və hər hansı yenilik, fərqli bir hala olacağı zaman bizə xəbər verir.
Halal müqavilələr: Biz üzvlərimizi bütün biznes əməliyyatları (əmək, alqı-satqı, xidməti və s) üçün halallıq qaydalarına uyğun müqavilələrlə təmin edirik. Bu üzvlərimizlə müştərilər arasındakı əməliyyatların risk səviyyəsini aşağı salır və mübahisə hallarını azaldır. Bu isə biznesin halallıq statusunu gücləndirir.
Konsultasiya: Üzvlərimizin halallıqla və digər məsələlərlə bağlı sualları varsa və hər hansı digər ehtiyacları yaranarsa bizimlə əlaqə saxlaya və dəstək ala bilər. Biz üzvlərimizin suallarını operativ şəkildə ən qısa zamanda cavablamağa çalışırıq.
Rəhbərliyin niyyəti: Üzvlərimizin rəhbərliyi halallıqla bağlı yüksək standartlara riayət etmək istəyindədir. Onlar öz bizneslərinin halallıq prinsiplərinə uyğun olmasını ilkin olaraq özləri üçün prioritet hesab edirlər.
Partnyorlar
Partnyorlar platformamızla sıx əməkdaşlıq edən, lakin tamhüquqlu üzv olmayan bizneslərdir. Bu kateqoriya üzvləri ilə platforma arasında müəyyən yoxlamalar və şərtlər əsasında əməkdaşlıq qurulur.
Müəyyən Yoxlamalar: Partnyor bizneslər platformanın tələblərinə uyğunluq baxımından müəyyən yoxlamalardan keçir. Bu yoxlamalar onların halallıq standartlarına uyğunluğunu qiymətləndirir.
Məhdud Xidmətlər: Partnyorlar üzvlər qədər geniş xidmətlərdən faydalanmır, lakin platformanın təqdim etdiyi bəzi imkanlardan istifadə edirlər.
İnkişaf Potensialı: Partnyorlar zamanla üzvlük kateqoriyasına keçid etmək imkanına malikdirlər. Bu, onların halallıq prinsiplərinə daha yaxşı uyğunlaşması və platformanın tələblərini yerinə yetirməsi ilə mümkündür.
Standart
Biznes fəaliyyətini ən təməl halallıq qaydalarına uyğun şəkildə həyata keçirən sahibkarların biznesləri bu kateqoriyaya əlavə edilir. Bu bizneslər üzərində bizim heç bir nəzarətimiz yoxdur. Hər kəsə açıq olan məlumatlar əsasında və qeyri-rəsmi əldə edilən informasiyalara görə onların halallıq səviyyəsi qiymətləndirilir.
Standart kateqoriyasındakı bizneslər halallıq prinsiplərinə uyğunluq baxımından ilkin mərhələdə hesab olunur. Onların fəaliyyəti daha ətraflı yoxlamadan keçməmişdir.
Xidmət Paketləri
Halal Ekosistem bu üç kateqoriya üzrə müxtəlif xidmət paketləri təqdim edir. Hər bir paket sahibkarın ehtiyaclarına uyğun olaraq hazırlanır və daxil edilən xidmətlərə görə qiymət fərqlənir.
Üzvlər
Platforma yerləşdirmə
Platformada xüsusiləşdirmə və önə çıxarma
Ayda bir xəbərsiz yoxlama
Biznes və halallıqla bağlı həftədə 30 dəqiqə randevu
Bütün biznes heyəti üçün aylıq təlimlər
Bütün biznes əməliyyatları üçün halal müqavilələr
Halal Ekosistem sosial media hesablarında reklam
Rəhbərliklə video müsahibə
Networking və digər dəstək formaları
Partnyor
Biznes haqqında qısa video
Alqı-satqı üzrə halal müqavilə
Rüblük randevu və təlim
Networking
Üzvlərə qatılmaq üçün dəstək
Bir dəfəlik audit təklifi
BİZ NECƏ İŞLƏYİRİK
Biznesinizi Bizimlə İnkişaf Etdirin: 7 Addım
Bizimlə əməkdaşlığa başlayın və 7 addımda biznesinizi inkişaf etdirin