
PartnerGeyim məhsullarıBaku
YUSRA (Təsəttür geyimləri)
Təsəttür geyimlərinin dizaynı, istehsalı və satışı sahəsində ən etibarlı yerli markalardan biri. Biznesin bütün hissələrində halallıq qaydalarına tam şəkildə əməl edirlər
- Views
- 112
- Halal statements
- 3
Halal conditions
Biznesin sahibi şəxsi həyatında halallıq qaydalarına əməl edir.
- Təhsil: Biznes rəhbəri "Halal Biznes Bələdçisi" proqramının məzunudur və həm istehsal, həm də kommersiya proseslərində halal ticarət hüququnun tələblərinə xüsusi həssaslıqla yanaşır.
- Məhsul: Tikilən və ya satılan hicab, abaya və digər geyimlər təsəttür normalarına tam uyğundur. Bədən xətlərini bəlli edəcək qədər dar (yapışan) və altını göstərəcək qədər şəffaf (nazik) məhsullar satılmır.
- Tanıtım: Biznes reklam strategiyasında halallıq standartlarına yüksək səviyyədə riayət edir. Geyimlərin təqdimatı yalnız cansız manekenlər, asılqanlar və ya məhsulun detallı vizual (makro) çəkilişləri vasitəsilə həyata keçirilir. Bütün vizual fokus yalnız məhsulun funksionallığına yönəlir. Qadın məhrəmiyyəti maksimum qorunur və qadın reklam obyektinə qəti şəkildə çevrilmir. Qeyd edək ki, geyim ticarəti ilə məşğul olanların çox az qismi məhsullarını bu şəkildə reklam edir.
- Orjinallıq: Qul haqlarına (müəlliflik hüququ) riayət edilir, yalnız brendə məxsus geyimlərin foto və video çəkilişlərindən istifadə olunur.
- Satış: Müştəri məhsulu onlayn – toxunmadan və canlı görmədən aldığı üçün parçanın növü, ölçüləri, qalınlığı və rəngi barədə maksimum dəqiq məlumat verilir. Müştərinin aldanma riskini ortadan qaldırmaq üçün şəkillərlə real məhsulun tam eyniliyinə zəmanət verilir.
- Şəffaflıq: Geyimlər cansız maneken (insana bənzəməyən) üzərində süni bədən formaları yaradılmadan, real duruşuna uyğun təqdim edilir. Müştəridə məhsulun kəsimi və darlığı barədə aldadıcı təsəvvür yaradılmır, şəffaflıq təmin olunur.
YUSRA, yalnız geyim istehsal edən bir marka deyil—həm də halal həyat tərzini dəstəkləyən, dürüstlük, keyfiyyət və əxaqli dəyərlərə sadiq qalan bir brenddir.
Products
YUSRA (Təsəttür geyimləri)
2023-cü ildən etibarən fəaliyyət göstərən YUSRA brendi, təsəttür geyimlərinin dizaynı, istehsalı və satışı sahəsində keyfiyyət və halallıq prinsiplərinə sadiq qalan etibarlı bir yerli markadır. YUSRA, müxtəlif növ təsəttür geyimləri—ximar, hicab, cilbab, namaz donları, səccadələr, gəlinlik və ziyafət libasları istehsal edir və satışını həyata keçirir. Brend, müştərilərin fərdi tələblərinə uyğun xüsusi sifarişlər qəbul edərək, onların ehtiyaclarına uyğun fərdiləşdirilmiş xidmət də təqdim edir.
Owner
Tubuxanım Nəzərova Xeyrulla
Evli, bir qız anası. Orta təhsilli, dərzi
Reviews
No approved reviews yet.
Write a review
Sign in to leave a review. No password needed — we email you a one-time link.
Sign in