
StandardTəbii-Organik məhsullarBaku
Neroli
Gluten Free, şəkərsiz və veqan məhsullar 500-dən çox təbii məhsul; Neroli öz fəaliyyətinə 2021-ci ilin may ayında başlamışdır.
- Views
- 29
- Halal statements
- 2
Halal conditions
Biznesin sahibi Nuridə Abdurəhmanovadır. O öz həyatında sağlam, halal və təbii qidalanmağa diqqət edir.
"NEROLİ"də hazırlanan məhsullar tam təbiidir, istehsal prosesində heç bir qatqıdan istifadə edilmir. Hər biri faydalıdır. Nuridə Abdurəhmanova bu məhsullardan özünün, öz ailəsinin istifadə etdiyini deyir. O öz ailəsinə, övladlarına rəva görmədiyi heç nəyi başqalarına da məsləhət etməyəcəyini bildirir.
Neroli
Gluten Free, şəkərsiz və veqan məhsullar
- 500-dən çox təbii məhsul;
Neroli öz fəaliyyətinə 2021-ci ilin may ayında başlamışdır.
"Neroli" latın sözüdür və tərcümədə "acı portağal" mənasını verir.
Hazırda ona yaxın istiqamətdə məhsul hazırlanır. Meyvə qurusu çeşidləri çoxdur.
Satılan məhsullar:
- Əzmələr: Keşyu əzməsi, Tahin bəkməz, Fındıq əzməsi, Badam əzməsi, Qovrulmuş fındıq əzməsi, Küncüt əzməsi, Yerfındığı əzməsi, Balqabaq tumu əzməsi, Limon əzməsi, Ballı küncüt əzməsi, Püstə əzməsi, Qoz əzməsi
- Yağlar: balqabq tumu, qoz, fındıq, kokos, günəbaxan, badam, qara çörəkotu və kətan yağları
- Un
- Ədviyyatlar və əlavələr
- Qəlyanaltılar və məzələr
Ətraflı məlumat üçün biznesin sahibi Nuridə Abdurəhmanovanın Halal Ekosistemin üzvü olan Azervoice media qrumuna verdiyi müsahibəni oxumağınızı tövsiyə edirik.
Reviews
No approved reviews yet.
Write a review
Sign in to leave a review. No password needed — we email you a one-time link.
Sign in