
StandardSertifikatlaşdırma orqanıBaku
KEYFİYYƏT ASSOSİASİYASI İCTİMAİ BİRLİYİ
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi (bundan sonra - KAİB) keyfiyyət və idarəetmə sahəsində yenilikçi ideyaları ilə fərqlənən intelektual, peşəkar və böyük təcrübəyə malik insanları birləşdirən,…
- Views
- 16
Halal conditions
Keyfiyyət Assosiasiyasın rəhbəri başda olmaqla bir neçə içşisi halallıq qaydalarına riayət etməyə çalışan şəxslərdir.
KEYFİYYƏT ASSOSİASİYASI İCTİMAİ BİRLİYİ
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi (bundan sonra - KAİB) keyfiyyət və idarəetmə sahəsində yenilikçi ideyaları ilə fərqlənən intelektual, peşəkar və böyük təcrübəyə malik insanları birləşdirən, ölkəmizdə istehsal olunan məhsul və göstərilən xidmətlərin keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün effektiv həll variantlarını təklif edən qeyri-hökümət təşkilatıdır.
KAİB 2007-ci il noyabrın 25-də təsis edilib. 2008-ci il oktyabrın 30-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.
KAİB-in yaradılmasında əsas məqsəd Azərbaycanda keyfiyyət, idarəetmə, standartlaşdırma, sertifikatlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi sahələrinin inkişafına kömək etmək, ölkəmizdə istehsal olunan məhsulların və göstərilən xidmətlərin keyfiyyətli və rəqabətqabiliyyətli olması üçün maarifçilik fəaliyyətini həyata keçirməkdir. Azərbaycanın sosial-iqtisadi inkişafına yönəlik bütün təşəbbüsləri dəstəkləyən KAİB yüksək bilik, bacarıq və təşəbbüskarlığa malik kadrları ətrafında toplayaraq iqtisadiyyatımızın rəqabət gücünün artırılmasına öz fəaliyyəti ilə töhvə verməyə çalışır.
- Vizyonumuz: Azərbaycanda keyfiyyətin ünvanı olmaq
- Missiyamız: Keyfiyyəti cəmiyyətin hər bir subyektinin prioritetinə çevirmək
- Dəyərlərimiz: Keyfiyyət məsələlərində heç bir zaman güzəştə getməmək
- Məsuliyyət: Keyfiyyətlə bağlı götürdüyümüz bütün öhdəliklərə əməl etmək
- Əməkdaşlıq: Keyfiyyət məsələlərində cəmiyyətin hər bir subyekti ilə əməkdaşlığa açıq olmaq
Keyfiyyət Assosiasiyası Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlara, habelə fiziki şəxs və fərdlərə bir sıra xidmətlər təklif edir. Assosiasiyanın təklif etdiyi xidmətlərə idarəetmə sistemi standartları üzrə məsləhət, audit və təlim xidmətlərinin göstərilməsi daxildir.
Reviews
No approved reviews yet.
Write a review
Sign in to leave a review. No password needed — we email you a one-time link.
Sign in