Hicama Sağlıqlı Yaşam Mərkəzi
Müasir və professional yanaşma ilə ənənəvi və sağlam tibbi xidmətlər. Xidmətlər Manual terapiya Masaj Terapiya Fitoterapiya Zəli Terapiya Hicama Hirudoterapiya Xidmətlərin steril, klinik şəraitdə və sertifikatlı mütəxəssislər tərəfindən həyata keçirilməsi sağlamlığınız üçün ən vacib şərtdir.
- Address
- İsmayıl Talıblı 8, Günəş petrolun yanı
- Contact

⏱️10:00-19:00
☎️ (+994 12) 434 88 08
📱 (+994 70) 436 88 08
📱 (+994 55) 486 32 32
📍 İsmayıl Talıblı 8, Günəş petrolun yanı

- Owner
- Ceyhun
Halal conditions
Biznesin sahibi şəxsi və biznes həyatında halallıq qaydalarına riayət edir. Platformamız tərəfindən rəhbərliklə fərdi görüş keçirilmiş, mərkəzin iş prinsipləri ətraflı şəkildə nəzərdən keçirilmişdir. Müəssisə, halallıq meyarlarına zidd ola biləcək hər hansı bir məqamı dərhal aradan qaldırmağa tam hazır və açıq olduğunu bəyan etmişdir. Fəaliyyətin Halallıq Uyğunluğu və Faydalılığı: Mərkəzin təqdim etdiyi xidmətlər (hicamə və masaj terapiyası) mahiyyət etibarilə həm tibbi-faydalı, həm də İslam dinində tövsiyə olunan (sünnətə uyğun) halal fəaliyyət sahəsidir. Peşəkarlıq və Müştəri Təhlükəsizliyi: Mərkəzdə xidmət göstərən mütəxəssislər öz sahələrinin peşəkarlarıdır (işin əhlidir). Xidmətlərin tibbi və gigiyenik qaydalara tam uyğun şəkildə, insan sağlamlığına zərər yetirmədən icra olunmasına ciddi nəzarət edilir. Xidmət göstərən şəxsin anatomiya və hicamə elmində sertifikatı olmalıdır ki, sinirlərə və ya damarlara zərər yetirməsin. Təhlükəsizlik: Kişilərə yalnız kişi mütəxəssislər, qadınlara isə yalnız qadın mütəxəssislər xidmət göstərir. Seanslar tamamilə izolyasiya olunmuş, kənardan heç kimin görməyəcəyi otaqlarda keçirilir. Övrət nahiyəsinə riayət: Masaj və ya hicamə zamanı bədənin halallıq qaydalarına görə icazə verilən hədlərdən (kişilərdə göbəklə diz qapağı arası) artıq açılmamasına və yalnız xidmət üçün zəruri olan nahiyələrin (məsələn, hicamə üçün kürəyin müvafiq nöqtələrinin) açılmasına diqqət edilməlidir. Hicama qanla təmas tələb etdiyi üçün istifadə olunan vakuum bankaları, ülgüclər və digər alətlər birdəfəlik (steril) olmalıdır. Masaj zamanı istifadə olunan efir yağları, kremlər və ya losyonların tərkibi halal olmalıdır. Məhsulların təmiz və təbii olmasına diqqət edilməlidir. Xidmət qiymətləri müştəriyə öncədən aydın şəkildə bildirilməlidir (cəhalət və qərər — yəni qeyri-müəyyənlik olmamalıdır). Mərkəzin qazancında sələm (faizli kreditlərlə qurulan biznes modelləri) və ya qeyri-qanuni gəlir axını olmamalıdır.