
EKOL Vəkil Bürosu
EKOL Vəkil Bürosu 28.11.2022-ci il tarixində Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Müxtəlif hüquq sahələri üzrə ixtisaslaşmış təcrübəyə malik komanda ilə bir çox istiqamətdə xidmət göstərirlər. Şirkət öz missiyasını ədalətli, etik və peşəkar hüquq xidmətlər göstərməklə müştərilərin hüquqlarını tam şəkildə qorumaq və ədaləti təmin etmək formasında təsvir edir: ''Mübarizə apardığımız hər bir işdə və məsləhət verdiyimiz hər bir məsələdə keyfiyyət və dürüstlük prinsiplərinə sadiq qalaraq müştərilərimizin yanındayıq.'' Ailə, vergi, inzibati, cinayət, mülkiyyət, təhsil, tibb, miqrasiya, korporativ və s istiqamətlərdə hüquqi xidmətlər göstərirlər.
- Address
- Bakı şəhəri. Səməd Vurğun 58a
- Contact
- <p>Telefon</p><p>+994 99 995 20 20</p><p> +994 99 995 20 20</p><p></p>
- Owner
- Emin İsayev
Halal conditions
Şirkətin rəhbəri şəxsi həyatında halallıq qaydalarına riayət edir. Halallıq standartları çərçivəsində vəkillik fəaliyyəti vəkalət (təmsilçilik) müqaviləsinə əsaslanır. Nahaq İşlərin Rəddi: Vəkil bilə-bilə haqsız olan, zülm edən və ya başqasının haqqını qəsb etməyə çalışan tərəfi müdafiə edə bilməz. Hüquqi təmsilçilik yalnız haqqın bərqərar olması üçün edilə bilər. Haram Bizneslərin Təmsilçiliyi: Büro birbaşa halallığa zidd olan fəaliyyətlərlə (məsələn, kazinolar, spirtli içki istehsalçıları, bank və sğorta təşkilatları və s) bağlı kommersiya mübahisələrində onların fəaliyyətini genişləndirən və ya qoruyan hüquqi dəstək verə bilməz. Haqqın və Ədalətin Təmsili: Büro rəhbərliyi yalnız haqlı olduğuna inandığı və halallığa zidd olmayan işlərin hüquqi müdafiəsini öz üzərinə götürür. Bilə-bilə haqsız tərəfin və ya cəmiyyətə zərər verən fəaliyyətlərin müdafiəsi rədd edilir. Dürüstlük və Şəffaflıq Prinsipləri: Hüquqi prosedurlar zamanı yalan bəyanat, saxtakarlıq və məhkəmənin aldadılması kimi yollardan istifadə edilməsi qəti şəkildə halal deyildir. Məhkəmədə qalib gəlmək üçün saxta sənədlər hazırlamaq, yalançı şahidlər öyrətmək qətiyyən halal deyildir. Vəkil ancaq qanuni və halal yollarla müvəkkilinin hüquqlarını müdafiə etməlidir. Sələm (Riba) Əməliyyatları: Vəkil borclunun ancaq əsas borcu qaytarması üçün vəkalət ala bilər, lakin faizin (ribanın) tələb edilməsi və məhkəmə yolu ilə alınması prosesində vasitəçi olması halal deyildir. Vəkillik haqqı: Vəkilin xidmət haqqı əvvəlcədən müəyyən və aydın olmalıdır ki, tərəflər arasında bu qeyri-müəyyənlikdən dolayı mübahisə halı yaranmasın. Lakin vəkilin ancaq işi udacağı təqdirdə qazanılan məbləğdən müəyyən faiz alması da razılaşdırıla bilər. Bu halallıq standartlarında Cüalə (nəticəyə bağlı mükafat) kimi qəbul edilir. Amma əvvəlcədən sabit bir xidmət haqqının təyin edilməsi daha məqbul və mübahisəsiz hesab olunur. Məhrəmiyyət və Əmanət: Müştərinin vəkilə verdiyi bütün məlumatlar halallıq baxımdan bir Əmanət hökmündədir. Bu məlumatların müştərinin zərərinə olacaq şəkildə kənar şəxslərə sızdırılması həm qanuni, həm də halallıq baxımından xəyanət sayılır.
Owner
İsayev Emin Ağamməd oğlu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüdür. İlk dəfə əmək fəaliyyətinə ATƏT-də (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) layihə rəhbəri olaraq başlamışdır. Daha sonra əmək fəaliyyətini məhkəmə orqanlarında davam etdirmiş və sonrakı dövrlərdə öz hüquq şirkətini yaratmışdır. Dövlət qurumlarından gələn iş təklifini dəyərləndirərək 2 ilə yaxın Dövlət Sosial Müdafiə Fondunda (DSMF) departament müdiri vəzifəsində çalışmışdır. 2022-ci ildə “EKOL” Vəkil Bürosunu təsis etmişdir. Hazırda büronun direktoru kimi öz fəaliyyətini davam etdirən İsayev Emin Ağamməd oğlu peşəkar yanaşması, təcrübəsi və hüquq sahəsində əldə etdiyi nailiyyətləri ilə diqqət çəkir. Onun rəhbərliyi ilə büro müştərilərə keyfiyyətli hüquqi xidmətlər göstərməkdə davam edir.