AzeSERT HALAL MMC
“Halal” məhsullarının keyfiyyətinin yüksəldilməsi, istehlakçıların hüquqlarının müdafiə edilməsi, “Halal” məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədi ilə 2014-cü ildə “AzeSERT HALAL” Halal məhsulların Sertifikatlaşdırılması Orqanı yaradılmışdır.“AzeSERT HALAL” ”Halal” məhsullarına sertifikat verən orqan kimi Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və Azərbaycan Akkreditasiya Mərkəzinin tələblərinə uyğun “Halal” məhsullarının Sertifikatlaşdırılması Orqanı kimi fəaliyyət göstərir. “Halal” məhsullarının Sertifikatlaşdırılması Orqanı kimi nəzərdə tutulan bu orqanın əsas məqsədi AZS OIC/SMIIC 1:2022 (OIC/SMIIC 1:2019) “Halal qida üçün ümumi tələblər” və AZS OIC/SMIIC 2:2022 “Uyğunluğun qiymətləndirilməsi – halal sertifikatlaşdırmanı həyata keçirən orqanlar üçün tələblər” standartlarının tələblərinə uyğun fəaliyyət göstərməkdir.“AzeSERT HALAL” Azərbaycan Respublikasında ilk və yeganə akkreditasiya olunmuş “Halal” məhsulların Sertifikatlaşdırılması Orqanıdır. “AzeSERT HALAL” Sertifikatlaşdırma qurumu Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya olunub. Akkreditasiya tələbləri İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi “HALAL” sertifikatlaşdırmanı həyata keçirən qurumlar üçün tələblər” standartının əsasında həyata keçirilib. Bununla da, “AzeSERT HALAL” Sertifikatlaşdırma qurumu beynəlxalq akkreditasiya tələblərinə cavab verən “HALAL” uyğunluq sertifikatını təqdim etmək hüququna malik olmuşdur.
- Address
- Davud Aslan kücəsi, 7H
- Contact

E-poçt: adresiinfo@halalcert.az

Halal conditions
Şəhidlər məscidinin rəsmi imamı Əliyev Şaiq bu orqanda çalışır.