Skip to main content

All posts

Rəqəmsal Mühitdə Əxlaq Standartları Sərtləşir: Halal Biznes və Reklamın Yeni Dövrü

Azərbaycan qanunvericiliyində edilən yeni dəyişikliklər rəqəmsal marketinq və reklam dünyasında yeni bir dövrün başlanğıcını xəbər verir.

· Milli Məclis

Rəqəmsal Mühitdə Əxlaq Standartları Sərtləşir: Halal Biznes və Reklamın Yeni Dövrü

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliklərə əsasən, internet üzərindən cəmiyyətə açıq hörmətsizlik, əxlaqsız ifadələr və milli-mənəvi dəyərlərə zidd görüntülərin yayılması artıq cəzalandırılacaq.

Qanun Nə Deyir?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bugünkü (21.11.25) videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinə əsasən:

İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində;

kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən,

cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə,

yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə,

yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq. Bu xətanı il ərzində təkrar törədənləri isə 1000-2000 manat cərimə və ya 1-2 ayadək həbs gözləyir.

Halal Biznes Kontekstində Bu Nə Deməkdir?

Bu qərar, xüsusilə, reklam, kontent istehsalı və sosial media fəaliyyətlərində əxlaqi yanaşmanı gücləndirir və işlərin milli dəyərlərə uyğunluğunu şərt halına gətirir.

Halal Ekosistem olaraq cəmiyyətdə mənəvi dəyərlərin qorunmasını və halal reklam mühitinin formalaşdırılmasını hər zaman dəstəkləmişik. Ticarət və reklam təkcə qazanc mənbəyi deyil, həm də cəmiyyət qarşısında məsuliyyətdir. Halal reklamın təməl prinsipləri – dini və mənəvi dəyərlərə riayət etmək, insan ləyaqətinə hörmət, cəmiyyəti aldatmamaq, əxlaqsızlığı və bayağılığı marketinq aləti kimi istifadə etməməkdir. Qanundakı bu dəyişik, əslində, "diqqət çəkib malı satmaq üçün hər yol mübahdır" yanaşmasının sonunu gətirir.

Sahibkarlar və marketoloqlar artıq başa düşməlidirlər ki, istehlakçının diqqətini milli-mənəvi dəyərlərə kobudcasına xələl gətirmədən, etik yollarla cəlb etmək lazımdır. Bu, həm hüquqi təhlükəsizlik, həm də müştəri etibarı üçün vacibdir. Təmiz, dürüst və dəyərlərə hörmət edən bizneslər hər zaman bir addım öndə olacaqlar. Beləcə etik və halal yanaşma yalnız mənəvi məsuliyyət yox həm də artıq hüquqi öhdəlikdir.

Halal Ekosistem olaraq bizneslərə halal çərçivədə reklam, kontent və kommunikasiya standartları təqdim edir, həm biznesləri, həm də cəmiyyəti mənəvi dəyərləri əsas tutan şəffaf bir ekosistemdə bir araya gətiririk.

Tövsiyə edilir: Halal reklam anlayışı