Əsas məzmuna keç

Hanzade Restaurant

"Hanzade" Restaurant uzun illərdir ki, fəaliyyət göstərir. Daha öncə İstanbul Restoranı adı altında fəaliyyət göstərib. Restoran çox gözəl interyer, rahat - əlçatan məkan və geniş zal kimi özəllikləri ilə seçilir. Bakıda iki filial üzrə fəaliyyət göstərir. Bu linkdən restoranın yemək qiymətiləri haqqında məlumat əldə edə bilərsiniz: https://wolt.com/az/aze/baku/restaurant/restaurant-hanzade?srsltid=AfmBOorjsz-zYM-x6nIoGKpUFJ2COj3rdf_MTLrpnZK70OHk-Pez4Eft

Ünvan
Yasamal rayonu, Mirəli Seyidov 81D
Əlaqə

Nəsimi rayonu

📍Səməd Vurğun 122G

📱+994 51 280 52 22

Yasamal rayonu

📍Mirəli Seyidov 81D

📱+994 51 2805212

📱+994 12 4332383

🕑 İş saatları: 09:00 - 00:00

Sahibkar
Abbas bəy

Halallıq şərtləri

"Hanzade" Restoranı, şəxsi fəaliyyətində halallıq qaydalarına riayət etməyə çalışan sahibkar tərəfindən idarə olunur. Restoran, yalnız halallıq qaydalarına uyğun şəkildə xidmət göstərməklə yanaşı, müştərilər üçün rahat və etibarlı bir mühit də qurmağa çalışıb. 1. Alkoqolsuz Məkan Restoranda alkoqollu içkilərin satışı və istifadəsi qəti şəkildə qadağandır. 2. İbadət və Dəstəmaz İmkanları Müştərilərin ibadətlərini rahatlıqla yerinə yetirmələri üçün restoranda ayrıca namaz otağı mövcuddur. Bundan əlavə, dəstəmaz almaq üçün də uyğun şərait təmin edilib. 3. Məhrəmiyyətə Uyğun Sanitar Şərait Restoranın ayaqyolu sistemi İslam məhrəmiyyət qaydalarına uyğun şəkildə dizayn edilib. Kişi və qadın ayaqyolları tamamilə ayrı bölmələrdə yerləşir. Təmizlik və gigiyena standartları yüksək səviyyədə qorunur. 4. Halal Qida Təchizatı Restoranın mətbəxində istifadə olunan qida məhsulları tərəfimizdən araşdırılır: Kolbasa və sosiska məhsulları – "Payım" şirkətindən təmin edilir. Toyuq məhsulları – "Tamlı" şirkətindən təmin edilir. Şirkət öz kəsimini Murad Agro-da həyata keçirir. Kəsim prosesinin videosu bizə göndərilmişdir. Qırmızı ət məhsulları – Halal olduğu deyilir, lakin tərəfimizdən hələ ki, dəqiqləşdirilməyib. Dönər məhsulları - halal və keyfiyyətli şəkildə hazırlanır. Yeməklərdə duru yağ olaraq " Kırlangıç" firmasının qarğıdalı yağlarından istifadə edilir 5. Ramazan Ayına Xüsusi Fəaliyyət Rejimi Ramazan ayında restoran gündüz saatlarında fəaliyyət göstərmir. Xidmət saatları yalnız iftardan sahura qədər davam edir. 6. Halal Marketinq və Sosial Media Siyasəti Restoranın sosial media hesablarında təqdim edilən məzmunlarda halallıq qaydalarına diqqət edilir. 7. Ailə və Məhrəmiyyət Dostu Dizayn Restoranın daxili quruluşu ailələrin və xüsusilə xanımların rahatlığı və məhrəmiyyət qaydalarına uyğun şəkildə təşkil olunub. Masalar və oturma sahələri müştərilərə daha rahat və şəxsi məkan hissini yaşatmaq üçün xüsusi dizayn edilmişdir

Sosial şəbəkələr

Xəritədə bax