
StandartƏt məhsullarıBakı
Halal Payım
"Halal Payim" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ildən fəaliyyət göstərir.
- Baxış
- 79
- Halallıq şərti
- 3
Halallıq şərtləri
Şirkət təsis edildiyi ilk gündən halal istehsalatla məşğul olur, yalnız halal standartlı məhsullar hazırlayır. Şirkətin ətlərinin halallığında problemin olmadığına inanırıq.
Sadəcə şirkət saytında reklam məqsədli məlumatları həqiqəti əks etdirməyən formada verib. Belə ki, məlumat bölməsində ''İstehsalatımız ən müasir avadanlıqlarla təhciz edilib.'', ''Faydalı maddələr və minerallarla zəngin olan məhsullarımız sağlam qidalanma üçün ən düzgün seçimdir!'' kimi ifadələr yer alıb. Birinci məlumatda istifadə edilən avadanlıqların ƏN müasir olduğunu dəqiqləşdirmək lazımdır. Əks halda bu ticarətə yalanın qarışması sayılır. Yaxşı olar ki, ifadədə olan ''ƏN'' sözü çıxarılsın.
Lakin ikinci məlumatın doğru olmadığı dəqiqdir. Çünki kolbasa məhsulları heç bir halda sağlam qidalanma üçün ƏN DÜZGÜN SEÇİM ola bilməz. Tam əksinə kolbasa məhsulları insan sağlamlığına zərərlidir.
Halal Payım
"Halal Payim" Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ildən fəaliyyət göstərir. "Halal Payım" brendinin əsas xüsusiyyətlərindən biri donmuş məhsullardan heç bir halda istifadə etməməsidir. Şirkət yüksək keyfiyyəti ilə seçilən qida əlavələrindən istifadə etdiyini xüsusi olaraq vurğulayır.
"Halal Payım" brendində istifadə olunan bütün ətlərin hamısının yerli məhsul olduğu deyilir.
Şirət açıq qapı, şəffaf istehsalat elan etdiyi üçün alıcılar müəssisə ilə yaxından tanış ola bilərlər
Rəylər
Hələ təsdiqlənmiş rəy yoxdur.
Rəy yazın
Rəy yazmaq üçün daxil olun. Parol lazım deyil — e-poçtunuza birdəfəlik link göndəririk.
Daxil ol