Əsas məzmuna keç

Bütün yazılar

“İslam Sığortası – Təkaful” - sertifikatlı təlim proqramı

· 37 baxış

“İslam Sığortası – Təkaful” -  sertifikatlı təlim proqramı
Başlama
21.02.2025, 09:30:00
Bitmə
21.02.2025, 18:00:00
Məkan
Mikayıl Useynov küç.63, blok B
Təşkilatçı
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi

SER, Türkiyə İslam Sığortaçılığı Dərnəyinin (KATSİDER) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə tərəfdaşlığı və Alizadeh şirkətinin təşkilati dəstəyi ilə “İslam Sığortası – Təkaful” mövzusunda sertifikatlı təlim proqramını elan edir.

📅 Tarix: 21 fevral, 2025-ci il

📌 Ünvan: Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) inzibati ofisi

Təlimçi haqqında:

Dr. Yunus Emre GURBUZ

Türkiyə İslam Sığortaçılığı Dərnəyi (KATSİDER) / baş katibi

Türkiyənin ilk islami sığorta şirkəti olan Neova Sığorta / qurucularından biri 1979-cu ildə Türkiyənin Bayburt bölgəsində anadan olan Yunus Emre Gürbüz İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin iqtisadiyyat ixtisasını bitirib, 2004-cü ildən Türkiyə Finans Katılım Bankası, Bereket Sığorta və Yıldız Holding (Ülker) şirkətlərində auditor vəzifəsində çalışıb. 2010-cu ildə Türkiyənin ilk İslam sığorta şirkəti olan Neova Sığortanın qurucularından biridir. 12 il daxili audit departamentinin rəhbəri vəzifəsində çalışıb.

O, həmçinin 2018-2020-ci illərdə Türkiyə Sığorta Birliyinin (TSB) İslam Sığorta Komitəsinin sədri vəzifəsində çalışıb. Sığorta və xüsusilə Təkafulla bağlı çoxsaylı kitab və məqalələr yazan Gürbüz yüzə yaxın milli və beynəlxalq konfrans, seminar, panel və konqreslərdə də məruzə ilə çıxışlar edib. O, həmçinin Türkiyə

Prezident Administrasiyasının İslam Maliyyə Strategiya Sənədlərinin sığorta bölməsinin və həmçinin Türkiyə Prezident Administrasiyasının Strateji İnkişaf Planları üzrə də komitə üzvüdür.

Hazırda Pay Katılım Sığorta şirkətində zərər, insan resursları və kommunikasiya departamentinin baş direktor müavini, o cümlədən İslam Sığortası Dərnəyinin idarə heyətinin üzvü və baş katibidir.

  • Proqramın ödənişi haqqında: Proqram 1 gün olmaqla 8 saatı əhatə edəcəkdir. Treyninq Türkiyədən dəvət olunan təlimçi tərəfindən türk dilində tədris olunacaqdır. İştirakçılara dərslərin 80%-ni dinlədikləri halda iştirak sertifikatı təqdim olunacaq. Təlim ödənişinə nahar, 2 dəfə çay-kofe, təlim materialı, təqdimatlar, sertifikat və bütün vergilər daxildir. Ətraflı- https://bit.ly/4hfVJno
  • Proqram haqqında ətraflı məlumat: https://bit.ly/4jxS5qy

Şərhlər

Hələ təsdiqlənmiş şərh yoxdur.

Şərh yazın

Şərh yazmaq üçün daxil olun. Parol lazım deyil — e-poçtunuza birdəfəlik link göndəririk.

Daxil ol