GİMDES-in Halal və Tayyib standartı: SEMİNAR

- Başlama
- 09.01.2025, 18:45:00
- Bitmə
- 09.01.2025, 20:30:00
- Məkan
- Nizami rayonu, Babək prospekti 64 D, 4-cü mərtəbə (Xalqlar Dostluğu metrosunun yaxınlığı)
- Təşkilatçı
- Keyfiyyət Assosiasiya & Halal Ekosistem

Halal qida və halal standartlar hər keçən gün öz əhəmiyyətini daha çox göstərir. Dünya üzrə qida sektorunun insan sağlamlığına ciddi şəkildə təhlükəli hala gəlməsi halal qida məsələsini aktuallaşdırmaqla yanaşı halallıq anlayışına fərqli və daha əhatli bir yanaşma tələb edir. Bu məsələdə qurulduğu ilk dövrdən halal və tayyib anlayışlarını bir-birindən ayırmadan tələbkar şəkildə fəaliyyət gösətərən, öz prinsiplərindən güzəştə getməyən Türkiyənin GİMDES qurumu özəlliklə fərqlənməkdədir.

Ölkəmizdə halallıq mövzusunda dürüstlük və şəffaflığa riayət edilməsi həmçinin əhalinin marifləndirilməsi məqsədiylə GİMDES qrumunun baş auditi, qida mühəndisi və Azəırbaycan üzrə təmsilçi Mehmet Bayarın iştirakı ilə seminar təşkil olunacaqdır.