Əsas məzmuna keç

StandartRestoran-kafeBakı

Qoç Ət Restoranı

"Qoc Ət" şirkəti ilk olaraq 1997-ci ildə Bakı şəhəri, Təbriz küçəsində bir kiçik fermer mağazası ilə fəaliyyətə başlamış, daha sonra sıra ilə “Nizami”, “Elmlər”, “Azadlıq”, “Nərimanov”, “Badamdar”,…

Baxış
108
Halallıq şərti
2

Halallıq şərtləri

Qoç Ət restoranlarının rəhbərliyi şəxsi həyatında halallıq qaydalarına riayət edir.

  • Restoranda verilən bütün ət məhsulları halal və keyfiyyətlidir.
  • Restoranlarda ibadət üçün məkanlar mövcud olur.
  • Bütün filiallar Ramazan ayında iftardan öncə fəaliyyət göstərmir.

Məhsullar

Qoç Ət Restoranı

"Qoc Ət" şirkəti ilk olaraq 1997-ci ildə Bakı şəhəri, Təbriz küçəsində bir kiçik fermer mağazası ilə fəaliyyətə başlamış, daha sonra sıra ilə “Nizami”, “Elmlər”, “Azadlıq”, “Nərimanov”, “Badamdar”, “Lökbatan” restoran-filiallarını qurmuş, 2021- ci ildə isə Azərbaycanda ilk olaraq Şuşada 7-ci filialını açmışdır. “Halallıqla xidmətinizdəyik!” devizinə sadiq qalmaqla, keyfiyyətə və gigiyenaya daima önəm verərək istehsal etdiyimiz məhsullar Respublikamızın müxtəlif bölgələrində bəslədiyimiz cins iri və xırdabuynuzlu heyvanlardan əldə edilir.

Halal Sertifikata sahib olan şirkətimizdə yetişdirmə və istehsalın bütün mərhələlərinə baytar həkimlər və qida mühəndisləri tərəfindən nəzarət edilir. İslami qaydalara uyğun olaraq kəsim prosesi kəsimxanada peşəkar qəssablarımız tərəfindən başa çatdırıldıqdan sonra ət 24 saat soyuducuda dinləndirilir, sonra isə emal bölümündə gigiyenik şəraitdə hazırlanaraq qablaşdırılır.

Rəylər

Hələ təsdiqlənmiş rəy yoxdur.

Rəy yazın

Rəy yazmaq üçün daxil olun. Parol lazım deyil — e-poçtunuza birdəfəlik link göndəririk.

Daxil ol
Qoç Ət Restoranı - Halal Ekosistem