Nur lighting design
İşıqlandırma məhsullarının istehsalı və satışı. Nur lighting design 2022-ci il dekabr ayında Siracünnur Aydınlatma adı ilə qurulub. Ev, ofis, restoran, otel və digər bütün obyektlərin led lüsturlarla işıqlandırılmasını həyata keçirir. Hər cürə dizaynda, rəngdə sifariş qəbul edilir. Bir-iki həftə ərzində hazırlanır, çatdırılıb quraşdırılır. Azərbaycanda ilk dəfə led lüsturlar Siracünnur tərəfindən istehsal olunmağa başlanıb. Bizdə olan məlumata görə ölkəmizdə bu lüsturların başqa istehsalçısı yoxdur. Ölkə bazarında satılan məhsullar əsasən Çin və Türkiyədən idxal edilir. Müştərilərin istəyinə uyğun formada istənilən məhsul hazırlanır. Yerli istehsal olduğu üçün daha uyğun qiymətlər təklif olunur. Divar işıqlarının qiyməti 25-80 manat aralığında, çılçıraqların qiyməti isə 50 manatdan başlayır. Məhsullar: Çilçıraqlar Bralar Masaüstü lampalar Yerüstü lampalar Led linerlər
- Ünvan
- Ziya bünyadov 110, Bakı
- Əlaqə

erkinoguz92@gmail.com

☎️+994 99 777 00 75
☎️+994 70 621 96 50

- Sahibkar
- Erkin Musayev
Halallıq şərtləri
Biznesin sahibi Erkin Musayev şəxsi həyatında və işində halallıq qaydalarına riayət edir. O biznesində və şəxsi həyatında heç bir halda bank kreditlərindən istifadə etmir. Bank sektoru, spirtli içkilərin çoxluq təşkil etdiyi ticarət obyektləri və halal qaydalara uyğun olmayan digər sahələr ilə əməkdaşlıq etmir, onlara məhsul satmır. Reklam, SMM fəsliyyətində halallıq qaydalarına riayət edir. Satdığı məhsulların qüsurlarını heç bir zaman gizlətmir, müştərilərinə tam məlumat təqdim edir. Müştərilərinə hər zaman ədalətli və şəffaf yanaşır, onları aldatmır, yalan məlumat vermir və onların hüquqlarını qorumağı əsas vəzifələrindən biri hesab edir. İşçilərin əmək haqlarını gecikdirmədən, ədalətli və alın tərləri qurumadan ödəyir. İşçilərinin gündəlik və həftəlik ibadətlərini rahatlıqla yerinə yetirə bilmələri üçün lazımi şərait təmin edir.
Sahibkar
Halal və İnnovativ Sahibkarlıq Yolunda O 1992-ci ildə Azərbaycanın Oğuz bölgəsində anadan olub. Bakı Dövlət Universitetində Geofizika mühəndisliyi üzrə bakalavr təhsili alıb. Sahibkarlıq yolunda uğur qazanmaq üçün dürüstlük və çalışmağın həmçinin işə erkən başlamağın vacib olduğuna inanır. Türkiyədə yeddi il yaşayaraq fərqli sektorlarda çalışan Erkin bəy, sahibkarlıq sahəsində geniş bilik və bacarıqlar əldə edib. Üç ildir ki, led lüsturların istehsalı sahəsində fəaliyyət göstərir və keyfiyyətə, innovasiyaya önəm verən bir brend qurmağa çalışır. O, halal biznes prinsiplərinə sadiq qalaraq, istehsal prosesində dürüstlük və ədalət prinsipini əsas tutur. Erkin Musayev halal ekosistemin güclənməsinə töhfə verməklə yanaşı, müştərilərinə keyfiyyətli və etibarlı məhsullar təqdim etməyi əsas missiya kimi görür. Yeniliyə açıq olan Erkin bəy, öz sahəsində daim inkişaf etməyi və halal biznes modelini daha geniş auditoriyaya çatdırmağı hədəfləyir. İki övlad atası olan Erkin Musayev, həm ailə dəyərlərinə, həm də iş həyatında əxaqli dəyərlərə önəm verən bir sahibkardır. İşgüzarlığı, təşəbbüskarlığı və halal biznesə bağlılığı onu sektorda seçilən sahibkarlardan biri edir.