
StandartTibbi xidmət & HəkimBakı
HERBA MEDİCAL TİBB MƏRKƏZİ
"Herba Medical Tibb Mərkəzi" peşəkar həkim kollektivinin fəaliyyət göstərdiyi, tibb elminin standartlarına cavab verən bir tibb mərkəzidir.
- Baxış
- 82
- Halallıq şərti
- 2
Halallıq şərtləri
"Herba Medical Tibb Mərkəzi"nin rəhbər şəxsləri halallıq qaydalarını bilən və bunlara riayət edən şəxslərdir. Onlar bu prinsipləri məsuliyyət daşıdıqları Herba Medical Tibb Mərkəzində də tətbiq etməyə çalışırlar.
-Bu tibb mərkəzində insanlar qəsdən aldadılmır, bilmədikləri şeylərdə müalicə tətbiq edilmir.- Dərman firmaları ilə anlaşıb onların dərmanları ehtiyac olub-olmamasına baxmadan insanlara tövsiyə edilmir.-Halal olmayan müalicə vasitələrindən istifadə edilmir.-İnsanlardan əlavə pul almaq üçün ehtiyac olmayan müayinələr tələb edilmir.
HERBA MEDİCAL TİBB MƏRKƏZİ
"Herba Medical Tibb Mərkəzi" peşəkar həkim kollektivinin fəaliyyət göstərdiyi, tibb elminin standartlarına cavab verən bir tibb mərkəzidir. MƏrkəz öz məqsədini tibb elminin, xalq təbabətinin və müasir texnologiyaların imkanlarından istifadə edərək insanlara yüksək keyfiyyətli xidmət göstərmək şəklində təsvir edir.
"Herba Medical Tibb Mərkəzi"ndə ənənəvi tibbi müalicə metodları ilə yanaşı, xalq təbabətinin faydalarından da yararlanmaq mümkündür.
Tibb mərkəzinin bütün xidmətləri və onların qiyməti ilə bu linkdən tanışa ola bilərsiniz. Qeyd edək ki, nadir tibb mərkəzlərindən biridir ki,qiymətlər şəffaf şəkildə ictimaiyyətə açıq elan edilir.
"Herba Medical Tibb Mərkəzi" xüsusi avtobusla Koroğlu metrosundan klinikanın ünvanına qədər pulsuz çatdırılma xidmətini də həyata keçirir.
"Herba Medical Tibb Mərkəzi"nin direktoru Səfərbəy Səfərbəyovdur. Həmçinin Fizuli Hüseynov mərkəzdə baş həkim olaraq fəaliyyət göstərir.
Rəylər
Hələ təsdiqlənmiş rəy yoxdur.
Rəy yazın
Rəy yazmaq üçün daxil olun. Parol lazım deyil — e-poçtunuza birdəfəlik link göndəririk.
Daxil ol