
PremiumSuvenir, hədiyyə, dəftərxana məhsullarıSumqayıt
Əl işi (handmade) hədiyyə və aksessuarların hazırlanması
İki ildən artıqdır ki, zövqlə və sevgi ilə əl işi hədiyyələr və bəzək məhsulları hazırlayıram.
- Baxış
- 87
- Halallıq şərti
- 2
Halallıq şərtləri
Sahibkar şəxsi həyatında İslam əxlaqı və halallıq qaydalarına riayət edir.
- Halallıq qaydalarına zidd olan və ya xoş qarşılanmayan işlər (məsələn, dini baxımdan münasib olmayan günlər və mövzular) yerinə yetirilmir.
- Əxlaqa zidd, İslam dəyərlərinə uyğun olmayan sifarişlər qəbul edilmir.
- İstifadə olunan şokolad və digər qida məhsullarının halallıq vəziyyəti barədə müştəriyə doğru və şəffaf məlumat təqdim olunur.
- Sifarişlərin hazırlanmasında israfdan uzaq, təmizlik və dürüstlük prinsiplərinə əməl edilir.
- Sifarişləri hədiyyələşməyin savab olduğuna niyyət edərək hazırlamağa çalışırıq.
Məhsullar
Əl işi (handmade) hədiyyə və aksessuarların hazırlanması
İki ildən artıqdır ki, zövqlə və sevgi ilə əl işi hədiyyələr və bəzək məhsulları hazırlayıram. Məqsədim hər bir müştəri üçün xüsusi, fərdi və yadda qalan hədiyyələr hazırlamaqdır.
İşlərimi tamamilə ev şəraitində, sifarişə uyğun şəkildə həyata keçirirəm — hər bir məhsul əl əməyinin və diqqətin nəticəsidir.
Təklif etdiyimiz xidmətlər
- Özəl günlər üçün fərdi hədiyyələrin hazırlanması
(ad günü, ildönümü və digər xüsusi münasibətlər üçün) - Toy, nişan, xına və digər tədbirlər üçün dizayn edilmiş qalıcı buket və gül kompozisiyaları
- Şokolad səbətləri və hədiyyə qutuları – zövqə və mövzuya uyğun dizaynda
- Yeni doğulan körpələr üçün xonça və hədiyyə setləri
- Xonçaların yığılması və bəzədilməsi – ənənə və müasir tərzin harmoniyası ilə
Üstünlüklərimiz
- Tam əl işi və fərdi yanaşma
- Müştərinin istəyinə uyğun rəng, dizayn və tərtibat
- Vaxtında çatdırılma və müştəri məmnuniyyəti
Sahibkar
Şəmsiyyə Əsədzadə
Əl işlərinə qarşı olan marağım məni bu istiqamətə sövq etdi. Bu işi bir biznes kimi görməyə qərər verdim. Ailəliyəm.
Rəylər
Hələ təsdiqlənmiş rəy yoxdur.
Rəy yazın
Rəy yazmaq üçün daxil olun. Parol lazım deyil — e-poçtunuza birdəfəlik link göndəririk.
Daxil ol

