
Barattson Təhsil Mərkəzi
Finance & Business trainings, IELTS, SAT, General English, IELTS Trial Barattson 2014-cü ildən peşəkar təhsil təminatçısı olaraq fəaliyyət göstərir. Biz peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə konsultasiya və təlim verərək qabiliyyətlərini artırmağa kömək edirik. Həmçinin, ingilis dilinin tədrisi və standartlaşdırılmış imtahanlara hazırlıq üzrə ixtisaslaşmışıq. Şirkətim təlim xidmətləri dörd sahəyə ayrılır: Maliyyə və Mühasibat Uçotu üzrə kvalifikasiya imtahanlarına hazırlıq; Korporativ/Biznes təlimləri; Kompüter bacarıqları üzrə təlimlər; İngilis dilinin tədrisi və standartlaşdırılmış imtahanlara hazırlıq. Şirkət Maliyyə və Mühasibat Kvalifikasiyaları arasında tələbələri CIMA, CFA, DipIFR (Rus/Eng/Az) və digər beynəlxalq tanınmış kvalifikasiyalara hazırlayır. Korporativ/Biznes təlimləri sahəsində 120-dən çox müxtəlif təlim proqramı təklif edir. Dil təlimləri çərçivəsində ümumi və biznes ingilis dili öyrədilir, tələbələr IELTS, TOEFL, KET, PET, GMAT, GRE və SAT kimi standartlaşdırılmış imtahanlara hazırlanır. Həmçinin Barattson rəsmi IELTS İmtahan Mərkəzidir. Barattson Study Abroad Barattson tələbələrə xaricdə təhsil imkanları təqdim edir. Onlar müştərilərin dünyanın müxtəlif universitetlərində təhsil proqramları seçməkdə və qəbul olmalarına kömək edir. Xaricdə təhsil xidmətlərinə daxildir: Tələbənin göstəricilərinə uyğun olaraq, hansı universitetlərə və ixtisaslara müraciət edə biləcəyini "research report" şəklində təqdim edilməsi. Tələbənin müraciətini gücləndirmək üçün müvafiq motivasiya və tövsiyə məktublarının hazırlanması. Müraciət prosesi zamanı universitetlərlə yazışmaların və əlaqələrin idarə olunması. Viza prosesində tam dəstək göstərilməsi. Akkreditasiyalar Barattson, AICPA (American Institute of Certified Public Accountants) və CIMA (Chartered Institute of Management Accountants) icmasının rəsmi təlim tərəfdaşıdır. AICPA və CIMA icması ilə tərəfdaş olaraq, Barattson sizə maliyyə və idarəetmə sahəsində dünya səviyyəsində tanınan və etibarlı təhsil proqramları təqdim edir. Kateqoriyalar Maliyyə Kvalifikasiyası Biznes Kvalifikasiyası İngilis dili IELTS Sınaq imtahanı Kurslar Pre-IELTS təlimi HR Professional Rəqəmsal marketinq Ümumi İngilis dili
- Ünvan
- Barattson Nərimanov filialı Təbriz küçəsi 159
- Əlaqə
- <p><strong>Elmlər Akademiyası m/st, B.Vahabzadə küç. 5</strong></p>
- Sahibkar
- Elşən Rəhimov
Halallıq şərtləri
Barattson şirkətinin rəhbərliyi şəxsi həyatında halallıq qaydalarına diqqət etməyə çalışan sahibkardır. Şirkətin ayrıca ibadət etmək üçün ayırdığı otaq mövcuddur. Şirkət işçilərin günlük və həftəlik ibadət vəzifələrini icra etməyə şərait yaradır.
Sahibkar
Elşən bəyin şəxsi facebook hesabı - https://www.facebook.com/share/1BKqdqAWRk/ Daha ətraflı məlumat üçün - https://barattson.com/teacher-info/elsen-rehimov