Əsas məzmuna keç

Almond Cake & Bakery (şirniyyat)

Biznesin devizi: dürüst, müştəriyönümlü və etibarlı. Biznes öz fəaliyyətinə 2022-ci ildə başlayıb və qısa zamanda bir çox filiallar açıb. Misyon: Müştərilərimizin gündəlik və xüsusi anlarında etibarla seçə biləcəyi, hər zaman təzə və yüksək keyfiyyətli məhsullar təqdim edərək dəyər yaratmaq. Vizyon: Keyfiyyət, sürət və davamlılığı öz imzasına çevirən, ölkədə və beynəlxalq səviyyədə etibarla seçilən və sevilən şirniyyat brendi olmaq. Şirkət bizneslə bağlı aşağıdakıları elan edir: Bütün məhsullarımız öz istehsal sahəmizdə, gigiyena və qida təhlükəsizliyi qaydalarına tam uyğun şəkildə hazırlanır İstehsalda təmiz kərə yağı, Belçika şokoladı, keyfiyyətli xammal və etibarlı təchizatçılardan alınan məhsullardan istifadə olunur. Menyumuzda şəkərsiz, dietik və qlütensiz məhsul seçimləri mövcuddur. Ad günü, toy, korporativ tədbirlər və xüsusi dizayn tortları üçün sifariş qəbul edilir. İnstagram və ya WhatsApp üzərindən sifarişlər qəbul edilir. Taxi ilə çatdırılma mümkündür. Ödəniş alıcı tərəfindən ödənilir. Vitrinlərimiz hər gün təzə məhsullarla yenilənir. Bakı şəhərində müxtəlif ərazilərdə yerləşən 10 filial fəaliyyət göstərir. Bolt həmçinin öz saytları üzərindən bütün məhsulların qiymətini görə bilərsiniz. Bütün məhsullar ŞİRNİYYATLAR MİLLİ ŞİRNİYYATLAR MAYALI TORTLAR PİROQLAR SALATLAR DONDURMALAR DESERTLƏR ŞƏKƏRSİZ VƏ GLÜTENSİZ ŞOKOLAD TÜRK PAXLAVASI XONÇA XÜSÜSİ TORTLAR HƏDİYƏLİK QUTULAR

Ünvan
Ayna Sultanova, Atatürk pr 58
Əlaqə

İstehsalat: Ayna Sultanova, Atatürk pr 58

+994 10 239 63 22

info@almond.az

Sahibkar
Əli İsgəndərov və Tural Hüseynov

Halallıq şərtləri

Biznesin sahibi şəxsi həyatında halallıq qaydalarına riayət edir. Məhsulların içərisində konyak və digər alkoqol tərkibli maddələr qatılmır. Donuzdan alınma jelatin, yağ, pis və s qatılmır Məhsulların içində istifadə etdikləri yağ və şokaladın adını brendini açıq şəkildə qeyd edir və çəkib göstərirlər. Məhsullarında istifadə etikdləri:Westgold (Yeni Zelandiya) İstehsalçı şirkət olan Westland Milk Products rəsmi sənədə Halal sertifikatına malik olduğunu deyir. Sertifikatlaşdırma isə NZIDT (New Zealand Islamic Development Trust) tərəfindən həyata keçirilir. NZIDT Yeni Zelandiya Hökumətinin İlkin Sənayelər Nazirliyi (MPI) tərəfindən tanınan və beynəlxalq dərəcəli rəsmi İslami sertifikatlaşdırma orqanıdır. NZIDT-nin verdiyi sertifikatlar Səudiyyə Ərəbistanı (SFDA), BƏƏ (MOIAT/ESMA), Malayziya (JAKIM), İndoneziya (BPJPH/MUI) və Türkiyə (HAK) kimi dünyanın bütün aparıcı Halal standartlaşdırma qurumları tərəfindən rəsmən tanınır və akkreditə olunub. Qeyd edək ki, yağın tərkibi yalnız təbii inək qaymağından (və duzlu növündə duzdan) ibarət olduğu, daxilində heç bir əlavə qatqı, marqarin və ya heyvani pətək/jelatin olmadığı bildirilir. Lakin biz rəsmi saytlarından digər bütün sertifikların olmasına baxmayaraq halallıqla bağlı sertifikat tapa bilmədik. Svalia / Сваля (Litva — "Pieno Zvaigzdes") "World Halal Trust" beynəlxalq sertifikatlaşdırma qurumu tərəfindən Svalia brendinin mənsub olduğu AB "Pieno Žvaigždės" istehsalat zavodlarında istehsal edilən pendir məhsullarına halallıq sertifikatı verilib. Svalia-nın bu zavodda istehsal olunan motsarella və zərdab məhsulları rəsmi Halal sertifikatlıdır. Sertifikatda kərə yağı qeyd edilməyib. Kərə yağı adətən pendir zavodunda (Sūrinė) deyil, süd/qaymaq emalı zavodlarında (məsələn, Pieno Centras və ya oxşar filiallarda) istehsal olunur. Qeyd edək ki, pendir istehsalında heyvani mənşəli maya (maye qursağı / rennet) və fermentlər istifadə edildiyi üçün onun halallıq sertifikatı olması mütləqdir. Kərə yağında isə adətən yalnız təmiz qaymaq olduğu üçün bəzi istehsalçılar kərə yağını ayrı sertifikatlaşdırır və ya ümumiyyətlə təbii süd məhsulu kimi sertifikatsız da təqdim edirlər. Valio (Finlandiya / Estoniya) Valio-nun rəsmi saytında pendir zavodlarının HFFIA (Halal Feed and Food Inspection Authority) tərəfindən sertifikatlaşdırıldığı və İslami standartlara uyğun istehsal həyata keçirdiyi rəsmən bəyan edilir. Lakin kərə yağı ilə bağlı məlumat yoxdur. Bu haqda məlumat əldə etmək üçün şirkətə e-mail göndərildi. Cavabı burada qeyd ediləcəkdir. Belcolade (Puratos qrupu – Belçika) Belcolade şokoladları Belçikadakı zavodunda beynəlxalq Halal akkreditasiya təşkilatlarının (məsələn, Halal Quality Control - HQC) nəzarəti altında istehsal olunur. Tərkibində təmiz kakao yağı və təbii vanil istifadə edilir, heç bir heyvani pətək, spirt və ya donuz yağı qatqısı yoxdur. Callebaut / Barry Callebaut (Belçika) Callebaut-un məşhur 811 (tünd), 823 (süd) şokoladları, Ağ şokoladları (W2) və fındıq məhsulları (fındıq pastası, praline, fındıq krokanı və s.) Halal sertifikatlı zavodlarda hazırlanır. Fındıq məhsullarında əsasən təbii fındıq, şəkər və bitki/kakao yağlarından istifadə edilir.

Sahibkar

Rəhbər haqqında ətraflı məlumat üçün öz profilinə nəzər yetirə bilərsiniz - https://www.facebook.com/ali.isgandar

Sosial şəbəkələr

Xəritədə bax